Evimizdəki kiçik “bombalar”

  • SpaceTV
  • 15 Noyabr 2019 11:17

Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstutu Ətraf Mühitin Kimyası Labratoriyasının Rəhbəri Müslüm Qurbanov bildirdi ki, toksiki tullantılar insan sağlamlığına ciddi təsir edir.Belə ki, uşaqlarda şüur azlığı,görmənin,eşitmənin zəifləməsi,sinir sistemində zəifliyə səbəb olur.

Zibil qutusuna atılan batareya zibilliyə düşür və orada korroziya və ya yanma prosesi nəticəsində parçalanaraq hava və ya qrunt suları vasitəsilə yayılır,  insan orqanizmi üçün  zərərli maddələr buraxır. Orqanizmdə toplanmaq xüsusiyyətinə malik olduğundan zərərli maddələr hətta az miqdarda olduqları halda belə onkoloji, və digər ciddi xəstəliklərə səbəb ola bilər. 

Bəzi ölkələrdə  gənclər işlənmiş batareyaların yığımı ilə məşğul olurlar. Belə ki, bu yararsız  batareyalar yığılır və təhvil alma məntəqəsinə verilir, sonra isə xüsusi yollarla  zərərsizləşdirilir, yəni utilizasiya olunur.Qonşu Rusiyada belə batareyaların əhalidən qəbulu üçün xüsusi məntəqələr, bu işlə məğul olan qurum, zavod fəaliyyət göstərir. Oxşar zavodlar bir sıra digər avropa ölkələrində də  fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, bu ilin iyul ayında batareyalarla ehtiyatsız davranma  yaş yarımlıq uşağın ölümünə səbəb olub. Hadisə Cəlilabad rayonunda Ağayevlər ailəsində baş vermişdi.2 yaşlı İbrahim  yerdən götürdüyü enerji daşını udub.  Bundan sonra uşaq günü -gündən zəifləməyə başlayıb. Körpənin halı pisləşdiyindən valideynləri onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Uşağın vəziyyəti ağır olduğundan o, paytaxt xəstəxanalarından birinə gətirilib. Lakin həyatını xilas etmək mümkün olmayıb. Bir neçə gün uşağın mədəsində qalan enerji daşı partlayıb və onun ölümünə səbəb olub.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun