“Everton”un keçmiş futbolçusunun 13 yaşlı oğlu “Liverpul”da oynayacaq

  • Space TV
  • 22 Fevral 2021 10:09

İngiltərənin tanınmış futbolçularından olan Fil Yagielkanın oğlu Zak Yagielka “Liverpul”da çıxış edəcək.

“Daily Mail” nəşri xəbər verir ki, “Şeffild Yunayted”in 38 yaşlı müdafiəçisinin 13 yaşlı hücumçu oğlu “Liverpul” futbol akademiyasına daxil olub. Bundan sonra o, sonuncu İngiltərə çempionlarının yeniyetmələrdən ibarət komandasının heyətində çıxış edəcək.

Xatırladaq ki, Zakın atası Fil Yagielka vaxtilə Mersisaydın digər komandası və “Liverpul”un əzəli rəqibi olan “Everton”da çıxış edib. On iki il bu komandanın şərəfini qoruduqdan sonra futoblçu “Şeffild Yunayted” transfer olunub.

Paylaş

 Xəbəriniz olsun