Ataların bir sözü var ki, “Artıq tamah baş yarar”. Bəli, tamah bəzən insanın həyatını qaraldır, bəzən də onu dəmir barmaqlıqlar arxasına göndərir. Nəfsinin qurbanına çevrilən hal Göyçayda yaşanıb. Evə girib, külli miqdarda pul oğurlayıb. Bəs oğrunun sonrakı taleyi necə olub, gəlin bir yerdə izləyək!Göyçayda evdən pul oğurlayan şəxs
saxlanılıb. Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini yaşadığı
evdən naməlum şəxs və ya şəxslər tərəfindən 4900 ABŞ dollarının oğurlanması
barədə məlumat verib.
Daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış
keçirilib. Keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində
həmin pulu oğurlayan şəxsin rayonun Çaxırlı kənd sakini Elməddin Vahidov olduğu
müəyyən edilib və şübhəli şəxs qismində saxlanılıb. İlkin ifadəsində o, törətmiş olduğu
cinayət əməlini etiraf edib və oğurladığı pulları öz əyləncəsi üçün
xərclədiyini bildirib.
Faktla bağlı E.Vahidov barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi
başlanılıb.
Faktla bağlı zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
VAHİD FƏXRİ SPACE TV