“Evdə Qal” biz gələrik. Qaxda hüquq-mühafizə orqanlarının əməkdaşları aztəminatlı ailələrə və yaşlı insanlara ərzaq yardımı ediblər.

  • SpaceTV
  • 13 Aprel 2020 16:17

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Qax Rayon Polis Şöbəsi və Prokurorluğunun əməkdaşları rayon ərazisində tənha yaşayan ahıl sakinlərə, eləcə də aztəminatlı ailələrə baş çəkiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları rayon ərazisində 20-dən artıq belə ailəni ziyarət edib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

Həmçinin bir daha həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, qaydalara uyğun olaraq evdə qalmalarının vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları ahıl insanlara rayon polis şöbəsinin daxili telefon nömrəsini xatırladaraq, istənilən halda əlaqə saxlamalarını və polislərin onların yardımına gələcəyini bildiriblər.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun