Ev yanıb

  • Space TV
  • 23 Noyabr 2019 13:47

Hadisə rayonun Böyük-Kəngərli kəndində qeydə alınıb. Kənd sakini, 49 yaşlı Abbasov Azad Cabbar oğluna məxsus fərdi yaşayış evi yanıb. Ev 5 otaqdan  və ümumi sahəsi 112 kv metrdən ibarət olub.  Yanğın zamanı evdə heç kim olmadığı üçün xəsarət baş verməsə də, əşyaları çıxarmaq mümkün olmayıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.Yanğının evin yaxınlığında yerləşən yarım tikiliyə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun