Ev yanaraq kül olub

  • Space TV
  • 26 Noyabr 2019 14:15

Kijəbə qəsəbəsində yaşayan 50 yaşlı Bəylər Məcidova məxsus ev tamamilə yanıb. Əsasən taxta konstruksiyadan ibarət olan 3 otaqlı yaşayış evi tez bir zamanda alışıb. Ev sahibəsi günorta saatlarında həyətdə iş görürmüş. Evin tüstüləndiyini  hiss edərək dərhal evə tərəf qaçan xanım içəri girdikdə tavandan od töküldüyünü görüb. Qəfil alovlandığından ailə üzvləri evi tərk edərək qonşuları köməyə çağırıblar. Lakin yanğın evi əhatə etdiyindən alovu söndürmək mümkün olmayıb. Nəticədə hava soyuq olduğundan evdə saxlanılan 2 günlük iribuynuzlu heyvan evlə birgə yanaraq kül olub. Xoşbəxtlikdən ailə üzvlərindən bədbəxt hadisə zamanı xəsarət alan olmayıb. Yanğının qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun