Ev tövlə ilə birlikdə yanıb

  • SpaceTV
  • 29 Avqust 2019 16:58

İsmayıllıda ev yanğını qeydə alınıb. Yanğın evlə birlikdə tövləni də külə çevirib.

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. Hadisə rayonun Tircan kəndində qeydə alınıb. Kənd sakini Fəzail Məmmədova məxsus ümumi sahəsi 126 kvadratmetr olan fərdi yaşayış evində və 300 kvadratmetr olan tövlədə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nın İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evin 60 kvadratmetrlik hissəsi və tövlə, eləcə də, 400 bağ ot tamamilə yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Vahid Fəxri –Space

Paylaş

 Xəbəriniz olsun