Ev heyvanları peyvəndlənir

  • Space TV
  • 6 Fevral 2020 12:36

Bəzən təsərrüfat sahibləri məsuliyyətsizlik edərək özlərinə məxsus mal-qaranı vaxtında peyvənd etdirmirlər. Heyvanların  sağlamlığı  üçün vacib olan peyvənd vaxtında vurulmayanda yayılan xəstəliklər bəzən təsərrüfatlarda onlarla yüzlərlə heyvanların tələf olması ilə nəticələnir.

İtlər, ev quşları , iri və xırdabuynuzlu heyvanlar qeydiyyata alınaraq peyvənd olunur. Məqsəd  isə  bir neçə il öncə ölkədə kütləvi şəkildə  mal-qaranın tələf olmasına  səbəb  olan  qara yara  xəstəliyindən qorumaqdır. Çünki bu xəstəlik   həmin ərəfədə ölkəmizdə daha çox aran və cənub rayonlarının təssərrüfatlarına  ziyan vurmuşdu.

Bu xəstəlik daha çox  iribuynuzlu heyvanlarda  müşahidə  edildiyindən  yanvar  ayının 5 dən etibarən  Sabunçu rayonu  Baytarlıq idarəsi tərəfindən  rayon ərazisində 3 mindən artıq iribuynuzlu heyvanın və 300 -ə yaxın itin  peyvəndlənməsinə başlanılıb.

Sabunçu rayon baytarliq idarəsinin rəisiAğadadaş Əlirzayev   deyir ki,  xəstəlik hər an alovlana bilər, lakin ən çox yay  və payız aylarında – həşəratların çoxluğu və yüksək aktivliyi dövründə  müşahidə  olunur. Hələlik  rayon ərazisində mövcud olan təssərrüfatlarda bu xəstəlik müşahidə olunmasa da hər bir heyvan sahibi mal qarasını bu xəstəlikdən qorumaq üçün təssərrüfatlarını peyvəndləməyə cəlb etməlidir deyə baytar həkimi bildirdi.

Onu da deyək ki,  rayon ərazisində qeydiyyata alınan heyvanların peyvəndlənməsi  fevral ayının sonuna kimi  başa çatdırılacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun