“Eurovision-2020”nin rəsmi şüarı açıqlandı

  • SpaceTV
  • 26 Oktyabr 2019 11:20

Gələn ilin may ayında Niderlandın Rotterdam şəhərində keçəcək “Eurovision-2020” beynəlxalq və nüfuzlu mahnı yarışmasının rəsmi şüarı elan edilib

SPACE TV xəbər verir ki, müsabiqənin rəsmi “Youtube” kanalında yayımlandığı videoda “Eurovision-2020”nin şüarı “Open Up!” (“Açıl!”) olub.

Xatırladaq ki, “Eurovision-2020” 12-16 may tarixlərində Rotterdamın möhtəşəm “Rotterdam Ahoy” arenasında baş tutacaq. 

Qeyd edək ki, ötən il “Eurovision” müsabiqəsinin qalibi “Arcade” mahnısı ilə Niderland təmsilçisi Dukan Lourens olub.

Paylaş

 Xəbəriniz olsun