Eurohomedə növbəti yanğın

  • Space TV
  • 13 May 2020 10:25

Eurohome Tikinti Bazarında 5 ay bundan əvvəl baş verən dəhşətli yanğını yəqin ki hər kəs xatırlayır.  O zaman Erurohome da daxil olmaqla bütün ticarət mərkəzlərindəki təhlükəsizlik məsələləri gündəmə gəldi. Lakin deyəsən nəinki başqaları, böyük bir hissəsi yanıb külə dönən  Eurohome da bundan nəticə çıxarmadı. Dünən axşam saatlarında sözügedən tikinti bazarında yenidən yanğın baş verdi.

Hadisə ilə bağlı FHN-in qaynar xəttinə ilk məlumat  dünən gecə saatlarında  daxil olub. Daxil olan məlumatdan dərhal sonra  FHN Dövlət Yanğından Muhafizə xidmətinin müvafiq qüvvələri hadisə yerinə göndərilib. Bir necə saat davam edən yanğın söndürülüb.  

Qeyd edək ki yanğının söndürülməsi üçün ümumilikdə 406 nəfər canlı qüvvə və 54 texnika cəlb edilib.

Hadisə yerinə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov və müavini Etibar Mirzəyev gəlib. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov bildirib ki, bir müddət əvvəl həmin  tikinti bazarında baş verən yanğından sonra, nazirlik tərəfindən bazarın rəhbərliyinə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı xüsusi təlimatlar verilib.

Lakin baş verən hadisə təhlükəsizlik tədbirlərinin görülmədiyini deməyə əsas verir.

Ümumi sahəsi təqribən 22500 kvadrat m olan bazarın təxminən 3300 kvadrat metr hissəsi yanıb. Digər hissəsi isə yanğınnan muhafizə olunub. Yanan 10 mağazanın sahiblərinə ciddi ziyan dəyib.

Ötən ilin sonlarında  baş verən yanğın zamanı küllü miqdarda ziyana düşən sahibkarlardan biri bu dəfə ondan da artıq zərərlə qarşılaşıb.

Dəhşətli rəqəmlərdir. Deyilmi? Sahibkar deyir ki, yanıb külə dönən mallarının haqqını hələ ödəməyib. Geriyə ancaq külləri, bir də yararsız vəziyyətə düşmüş halı qalan malların sığortası da olmayıb.

Eurohome MMC-nin direktoru Samir Məmmədov bildirdi ki,  ticarət mərkəzi tam sığortalanıb. Mağazalardakı mallara gəlincə bu sahibkarlardan asılıdır. Bazar rəhbərliyi də bununla bağlı dəfələrlə sahibkarlara bildirişlər göndərib.  Lakin onların yalnız bir hissəsi öz mallarını sığortalayıblar.

Bununla yanaşıbazar rəhbərliyi ziyana düşən sahibkarlara müəyyən qədər dəstək olacaqlarını bildirdi.

Qeyd edək ki, ötən il dekabrın 10-da sözü gedən tikinti bazarında  ilk yanğın hadisəsi baş vermişdi.

https://www.youtube.com/watch?v=b0xVUg4weLs

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun