Eurohome” ticarət mərkəzində son 6 ay ərzində baş vermiş 2 yanğın hadisəsi zamanı bu sahibkara ümumilikdə 1 milyona yaxın ziyan dəyib.Bazar rəhbərliyinin məsuliyyətsizliyi ucbatından burda çalışan onlarla sahibkar növbəti dəfə böyük ziyana düşüb. indisə sahibkarlar dərdini və sözünü deyəcək adamı tapa bilmirlər.
Hazırda ticarət mərkəzi tamamilə fəaliyyətini dayandırıb, baş vermiş yanğın hadisəsi üzrə açılmış cinayət işi əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Ötən gün isə polis və bazar rəhbərliyi tərəfindən bütün sahibkarlara maqazaları boşaltmaları göstərişi verilib. Sahibkarlar bazarın bağlanacağından narahatdır.
Maqaza sahibləri bildirir ki, birinci yanğın hadisəsindən sonra ticarət mərkəzindəki bütün maqazaların yanğın təhlükəsizliyinə cavab verməsi üçün FHN tərəfindən ticarət mərkəzinin rəhbərliyinə xəbərdarlıq edilib, yanmış maqazalarla yanaşı dəmir konstruksiyalarla quraşdırılmış digər mağazaların da ara kəsmələrinin kərpic və daşla hörülməsi tapşrılıb
Sahibkarları narahat edən məsələyə aydınlıq gətirmək üçün bazar rəhbərlərindən birini tapdıq.O,isə bazarın söküləcəyi ilə bağlı xəbərə aydınlıq gətirmək istəmədi
Məlum olduğu kimi :”Eurohome” ticarət mərkəzində sonuncu yanğın hadisəsi may ayının 11 –də baş verib.Həmin vaxt hadisə yerinə gələn FH naziri Kəmaləddin Heydərov baş vermiş yanğın hadisəsinə görə ticarət mərkəzinin sahibinin günahkar olduğunu demişdi. Nazir ticarət mərkəzinin ekspertiza aparılmadan fəaliyyət göstərdiyini də demşdi
RƏŞAD VƏKİLOĞLU SPACE TV