ETSN rəsmisi Sumqayıt məişət tullantıları poliqonundakı çatışmazlıqlardan DANIŞDI

  • Space TV
  • 16 Fevral 2021 17:08

“Sumqayıt məişət tullantıları poliqonu dəfələrlə cərimələnib. Hazırda orada yeni məişət tullantıları poliqonunun tikilib istifadəyə verilməsi istiqamətində işlər gedir”. 

Spacetv.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, Sumqayıt məişət tullantıları poliqonunda kifayət qədər çatışmazlıq mövcuddur:

“Həmin əraziyə cavabdeh şəxsləri cərimələmək və məcburi göstəriş vermək məcburiyyətində qalırıq”.

“Sumqayıt mühüm istehsalat şəhəridir. İnanırıq ki, tezliklə problemlər aradan qaldırılacaq”, – deyə o qeyd edib.

Paylaş

 Xəbəriniz olsun