Etirazçılar Paşinyan və ailəsinin yaşadığı malikanələrə hücum etdi

  • Space TV
  • 10 Noyabr 2020 11:15

İrəvanda etirazçılar Nikol Paşinyanın Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını açıqlamasından sonra baş nazir və ailəsinin yaşadığı malikanələrə hücum ediblər.

Spacetv.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Ərazini qoruyan polislər etirazçılara baş nazirin həmin ünvanda olmadığını bildiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında bir neçə toqquşma baş verib.

Paylaş

 Xəbəriniz olsun