Etirazçılar Ermənistan parlamentinin qarşısında barışığı ləğv edəcək deputatları gözləyirlər

  • Space TV
  • 10 Noyabr 2020 14:03

Dağlıq Qarabağda Ermənistanın məğlubiyyəti, hərbi əməliyyatların dayandırılmasına dair bəyanatın qəbuluna etiraz edən aksiya iştirakçıları Ermənistan parlamentinin iclas salonunu tərk etsələr də, bu qərarın ləğv olunmasına ümid edərək deputatları gözləyirlər.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Etirazçılardan biri Vaaqn Çaxalyan hakim “Mənim Addımım” fraksiyasının millət vəkillərini məsələni müzakirə etmək üçün parlamentə gəlməyə çağırıb. Eyni müraciət 1990-cı illərin əvvəllərində münaqişə zamanı Qarabağda vuruşan “Arabo” könüllü dəstəsinin komandiri Manvel Yeqazaryan tərəfindən də edilib. Etirazçılar günortaya qədər millət vəkillərini gözləyəcəklərini deyiblər.

Paylaş

 Xəbəriniz olsun