Etiraz aksiyası keçirilib

  • SpaceTV
  • 9 Sentyabr 2019 14:45

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ölkə parlamentinin binası qarşısında etiraz aksiyası davam edir. Məlumata görə, “Ayıbdır” hərəkatının üzvləri və “Vətənpərvərlər Alyansı Partiyası”nın tərəfdarları arasında qarşıdurma baş verib. Polis insidentə müdaxilə etməli olub və üç nəfəri saxlayıb. Həmin şəxslər polisə tabe olmaqdan imtina ediblər.

Qeyd edək ki, “Ayıbdır” hərəkatının üzvləri və tərəfdarları səhər saatlarında parlament ətrafında aksiya keçirirlər. Onlar Gürcüstan hökumətinin yeni tərkibinə etiraz edirlər.  “Gürcüstan hökumətinin çox sayda yaxşı təşəbbüs və planları var”.Gürcüstanın baş naziri Giorgi Qaxaria jurnalistlərə bildirib. O deyib ki, hazırda diqqəti konkret nəticələr üzərində cəmləməyin vaxtıdır: “Hökumətin başlıca vəzifəsi bütün yaxşı təşəbbüslərin reallaşdırılmasıdır. Biz yaxın gələcəkdə hər bir vətəndaş üçün əhəmiyyətli nəticə əldə etmək üçün əlimizdən gələn hər bir şeyi edəcəyik”. G.Qaxaria qeyd edib ki, yeni hökumətin əsas prinsipləri arasında effektivlik birinci yerdə olacaq.

Paylaş

 Xəbəriniz olsun