Estoniyada Bərdə terrorunda həlak olanların xatirəsi anıldı – FOTO

  • SpaceTV
  • 29 Oktyabr 2020 10:37

Estoniyanın paytaxtı Tallində Bərdə terrorunda həlak olanların xatirəsi anılıb. 

Spacetv.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Estoniyadakı Səfirliyi “Facebook” hesabında məlumat yayıb. 

Bildirilib ki, insanlar səfirliyin binası qarşısına həlak olanların xatirəsini anmaq üçün gül dəstəkləri qoyublar.

Paylaş

 Xəbəriniz olsun