Estoniya prezidenti özünü təcrid etdi

  • Space TV
  • 10 Noyabr 2020 17:32

Estoniya prezidenti Kersti Kalyulayd koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin yaydığı məlumatda deyilir.

“Cümə günü Vilyandiyə səfər zamanı daha sonra COVID-19 diaqnozu qoyulmuş adamla görüşdüm. Yaxın təmas sayıldığımdan bazar etəsinə (16 noyabr) qədər təcrid olunacağam”, – o, feysbukdakı səhifəsində yazıb.

K.Kalyulaydın sözlərinə görə, onun bu həftə keçirilməsi planlaşdırılan bütün şəxsi görüşləri təxirə salınıb.

Paylaş

 Xəbəriniz olsun