Ermənistanla PKK Azərbaycanın mülki vətəndaşlarına birlikdə hücum edir

  • Space TV
  • 29 Sentyabr 2020 18:11

Azərbaycanın mülki vətəndaşlarına Ermənistanla terrorçu PKK/YPG-PYD birlikdə hücum edir.

Spacetv.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, iyulun sonunda Ermənistanla terrorçu PKK qruplaşması arasında əldə edilən razılaşmaya əsasən, 300 PKK-çı avtobuslarla Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə daşınıb. Terrorçular Qarabağda erməni silahlılarına təlim keçirlər. Həmin silahlılarla terrorçular mülki sakinlərə birgə hücum edirlər.

Paylaş

 Xəbəriniz olsun