Ermənistanın yeni Müdafiə naziri təyin olundu

  • SpaceTV
  • 20 Noyabr 2020 14:54

Ermənistan Prezidenti Armen Sarkisyan istefa vermiş Müdafiə naziri David Tonoyanın yerinə yeni təyinat haqqında fərman imzalayıb.

Spacetv.az “Sputnik” Ermənistana istinadən xəbər verir ki, fərmana əsasən, Vaqarşak Arutyunyan Ermənistanın yeni Müdafiə naziri təyin edilib.

Digər fərmana əsasən, Ermənistanın Fövqəladə Hallar naziri və Əmək və Sosial işlər nazirinin yerinə də yeni təyinatlar olub.

Belə ki, Fövqəladə Hallar naziri vəzifəsini Andranik Piloyan, Əmək və Sosial işlər naziri vəzifəsini isə Mesrop Arakelyan icra edəcək.

Paylaş

 Xəbəriniz olsun