Ermənistanın təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyan barədə son məlumat

  • Space TV
  • 3 Noyabr 2020 11:59

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Spacetv.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 461, çoxmənzilli yaşayış binalarının sayı 97, yaşayış evlərinin sayı isə 2 488-dir.

Paylaş

 Xəbəriniz olsun