Ermənistanın mülki əhaliyə qarşı hücumları nəticəsində 100 nəfər həlak olub

  • Space TV
  • 7 Dekabr 2020 16:47

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Spacetv.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 100 mülki şəxs qətlə yetirilib, 416 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 548, çoxmənzilli yaşayış binalarının sayı 135, yaşayış evlərinin sayı isə 4 186-dir.

Paylaş

 Xəbəriniz olsun