Ermənistanın keçmiş baş qərargah rəisi “metallolom” satırmış

  • Space TV
  • 27 Noyabr 2020 14:08

“Ehtiyatda olan general (Movses Akopyanı nəzərdə tutur) mətbuat konfransı keçirir və uğursuzluqlar barədə danışır. Ancaq unudur ki, o vəzifədə olanda 42 milyon dollara əldə olunmuş metal tullantıları ilə bağlı cinayət işi açılmışdı”.

Spacetv.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

Qeyd edək ki, Ermənistanın keçmiş baş qərargah rəisi general-polkovnik Movses Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 fərarinin olduğunu bildirmişdi.

Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.

Paylaş

 Xəbəriniz olsun