Ermənistanın Gəncəyə atdığı raketlər nəticəsində dəymiş ziyan hesablanır

  • Space TV
  • 13 Noyabr 2020 14:07

Ermənistan silahlı qüvvələrinin təcavüz siyasətkar nəticəsində Gəncə şəhərində mülki əhaliyə dəymiş ziyanın hesablanmasına başlanılıb.

Bu barədə Spacetve.az-a Gəncə şəhər üzrə İşçi Qrupunun rəhbəri Ədalət Əliyev məlumat verilib.

Onun sözlərinə görə, Gəncə şəhərində 2 000-dən çox fərdi yaşayış evinə və mənzilə, həmçinin 200-dən çox obyektə və çox sayda avtomobilə zərər dəyib: “Hazırda monitorinq aparılır, hesablanma işləri görülür”.

Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı sülhə məcburetmə əməliyyatı noyabrın 10-da zəfərlə başa çatıb.

Paylaş

 Xəbəriniz olsun