Ermənistanın Azərbaycana qarşı ekoloji terroru – VİDEO

  • Space TV
  • 29 Avqust 2020 13:53

İllərdir  Azərbaycana qarşı torpaq iddiası  irəli sürən erməni tərəfi  bu  dəfə   Qərb  bölgəsi istiqamətindən  ekoloji  terrorunu  davam etdirir. Space TV xəbər verir ki, Qazax rayonunda  mənbəyini  Ermənistan ərazilərindən götürən çaylarımız  bədnam qonşularımız tərəfindən cirkləndirilir.  Dəfələrlə   suda  batmayan  plastik  kütlələrə  bağlanmış  mərmilər  ərazilərimizə   göndərilir.   Bu  azmış kimi,  növbəti  dəfə çaylarımızın qarşısını  kəsərək  sərhəd  boyu  yaşayan sakinləri   susuz  qoymaqda  davam edir.

İncə  dərəsi  ölkəmizin  Ermənistanla ən böyük  sərhəddə malik   ərazisi  sayılır. Bu  dərədə  3 kənd məskən salıb:  Kəmərli,  Qaymaqlı və  Aslanbəyli.  Son bir necə ildə ermənilərin  ekoloji  terroru  nəticəsində  kəndi  suvarma suyu ilə təmin edən anbara  gələn  İncəsu  çayının qarşısı  bədnamlar  tərəfindən  kəsilib.  Sakinlər  suvarma suyu baxımından  olduqca  əziyyət cəkirlər.

Sakinlər  bildirir ki, hələ 1980-cu illərin əvvəllərində ermənilər Kəmərli kəndinin ərazisində  meşələrə qarşı iddia irəli sürmüşdülər. Bu iddia bu gün daha da böyüyərək  ekoloji   terrora gətirib çıxarıb.  Bəli,  ekoloji   terror.

Düşmən  hər  vəchlə  çayın  Azərbaycan  ərazisinə  keçməsinə manecilik  törədir. Hətta sakinlər bildirir ki, son  bir neçə ildə   ərazidə   cox sayda  balıq  gölləri,  eləcə də su anbarları inşa ediblər.  

Artıq  bir necə  ildir  ki,  Bakı – Qazax-Gürcüstan  avtomagistralından  Kəmərli kəndinə   müasir yol  cəkilib. Elektrik  avadanlıqları qurulub, yeni  qaz  xətləri cəkilib sakinlərin istifadəsinə verilib. Sakinlər də  şəraitlərinin yaxşı olduğunu  deyirlər. Bircə   qalır  alternativ  üsulla   kəndə   suyun  gətirilməsi.

Qazax  suvarma sistemləri  idarəsindən bildirdilər ki, anbara  suyun toplanması   yalnız  İncəsu  çayı vasitəsilə mümkündür. Bu da  bədnam  qonşularımızın  nəzarətindədir. Qurumdan bildirildi ki,  İncə  dərəsi  istiqamətində  Kür çayından 3 pilləli nasos  stansiyası  1553 hektar  suvarılan sahəni  suvarma suyu ilə  təmin edir.   Məsələnin  həlli  yalnız Kür  çayından 300-lük  boru ilə   yeni  nasos  stansiyanın  qurulması nəticəsində mümkündür. Bunun ücün də aidiyyəti  qurumlar  qarşısında  məsələ   qaldırılıb.

Vasif Vaqifoğlu, Rəşad Əliskəndərov, Space TV

Paylaş

 Xəbəriniz olsun