Ermənistandan Qarabağa hərbçilərin göndərilməsi dayandırılıb

  • Space TV
  • 9 Fevral 2021 15:45

Ermənistandan Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsinə hərbçilərin göndərilməsi dayandırılıb.

Spacetv.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, Ermənistanda faktiki olaraq silahlı qüvvələrin qış çağırışı başlayıb. Məlumata görə, çağırışçılar ölkədən kənarda deyil, yalnız Ermənistanda yerləşən hərbi hissələrdə xidmət edəcək.

O da qeyd edilib ki, xidmət ediləcək hərbi hissənin seçilməsi ilə bağlı ənənəvi püşkatılan yerlər siyahısında Qarabağın adı göstərilməyib.

Paylaş

 Xəbəriniz olsun