Ermənistandakı müxalifət parlament böhranını elan etdi

  • Space TV
  • 12 Noyabr 2020 10:00

Ermənistandakı müxalifət qanunverici orqanın təcili iclasının çağırılması ilə bağlı qərarı qəbul etməli olan parlament şurasının toplantısının ləğv olunmasını parlament böhranı kimi qiymətləndirib. 

Spacetv.az xəbər verir ki, bununla bağlı TASS agentliyinə “Çiçəklənən Ermənistan” partiyasının müşaviri, parlament şurasının üzvü Arman Aboyan deyib. 

“Şuranın iclasının keçirilməsi ilə bağlı yetərsay olmayıb. Bu o deməkdir ki, ölkədə parlament böhranı var. Biz konstitusiya imkanlarından istifadə edib, mübarizəmizi davam etdirəcəyik”, – o bildirib. 

O qeyd edib ki, bu gün iclasın çağırılması ilə bağlı növbəti cəhd olacaq.

Qeyd edək ki, dünən Ermənistanda parlament şurası baş nazir Nikol Paşinyanın istefası məsələsinin ölkənin növbədənkənar milli məclisinin gündəliyinə daxil edilməsi ilə bağlı müzakirələr aparmaq üçün iclas keçirməli idi. 

Paylaş

 Xəbəriniz olsun