Ermənistanda yoluxanların sayı 94 minə çatır

  • Space TV
  • 3 Noyabr 2020 11:12

Ermənistanda son sutkada 1 328 yeni yoluxma faktı qeydə alınıb.

Spacetv.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistanda yoluxanların sayı 93 448-ə yüksəlib. Son sutkada 22 nəfər koronavirusun qurbanı olub. Bununla da ölənlərin sayı 1 391-ə çatıb.

Ölkə üzrə 57 599 pasiyent sağalıb, 35 381 nəfər müalicə olunur.

Paylaş

 Xəbəriniz olsun