Ermənistanda yol qəzası: 3 sərnişin yanaraq ölüb, 2 nəfər yaralanıb

  • SpaceTV
  • 1 Dekabr 2020 15:30

Ermənistanda “Toyota” markalı avtomobilin yol kənarındakı qorunma divarına çarpılması zamanı baş verən yanğın nəticəsində 3 nəfər yanaraq ölüb, 2 nəfər yaralanıb.

Spacetv.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, hadisə Araqasotn vilayətinin Asaşen kəndində baş verib.

Paylaş

 Xəbəriniz olsun