Ermənistanda qarşıdurma artır

  • Space TV
  • 18 Noyabr 2020 11:36

Ermənistanın baş naziri Nikol Paşinyan yeni həbslər üçün öz hakimlər qrupunu formalaşdırır. Həmin prosesə hakim Karen Farxoyan rəhbərlik edir.

Ermənistan KİV-in məlumatına görə, dünən gecə saatlarında hakim Farxoyan Paşinyana hakimiyyətə işləyəcək 4 hakimin adını təqdim edib: Bunlar Anna Danielyan,  Mnatsakan Martirosyan, Qagik Poqosyan və Vaçe Marqaryandır.Bildirilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti daha  2 hakim — Mahvel Şahverdyan və Artak Tadevosyan haqqında  kifayət qədər kompromat toplaya bilsə, onlar da bu siyahıya qoşulacaqlar.Ermənistan Prezidenti Armen Sarkisyan isə hökuməti və parlamenti növbədənkənar parlament seçkilərinə hazırlaşmağa çağırıb.

Onun sözlərinə görə, Ermənistan həm döyüş meydanında, həm də diplomatik arenada məğlub olub.O bildirib ki, son günlər parlament və qeyri-parlament qüvvələri, ictimai qruplar, diaspora nümayəndələri ilə görüş və məsləhətləşmələ nəticəsində bu qərara gəlinib ki, vəziyyətdən yeganə çıxış yolu növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Ermənistan prezidenti həmçinin ölkənin polis qoşunlarının komandanı və Daxili İşlər nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Qurgen Dallakyanın vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalayıb.

Paylaş

 Xəbəriniz olsun