Ermənistanda Paşinyana qarşı “hücum” hazırlığı

  • SpaceTV
  • 13 Fevral 2020 15:50

Ermənistan Konstitusiya Məhkəməsi əks-hücuma hazırlaşır.

SPACE TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Konstitusiya Məhkəməsi son iki ildə baş nazir Nikol Paşinyan, Ermənistan prezidentinin, parlament sədrinin məktublarındakı “inciləri” ümumiləşdirərək ictimaiyyətə təqdim etmək niyyətindədir.

“Referendumla bağlı verilmiş qərar onları buna vadar edir. Həmin məktublarda isə konstitusiyanın, qanunların tələblərinin pozulması, yanlış arayışlar, kobud redaktə və tərcümə səhvləri var. Yeri gəlmişkən, açıq iclas ərəfəsində belə nümunələrdən biri artıq təqdim edilib”, məlumatda qeyd edilib.

Qəzetin yazdığına görə, bir müddət əvvəl Konstitusiya Məhkəməsi Ermənistan prezidentinin Ali Məhkəmə Şurası, Mərkəzi Seçki Komissiyası, Televiziya və Radio Komissiyası, Hesablama Palatası, Mərkəzi Bank, Ombudsman üzvlərinin təyin edilməsi ilə bağlı qanunların müddəalarının tanımasını xahiş etdiyi müraciətini geri qaytarıb.

“Söhbət yalnız orfoqrafiya, qrammatik səhvlərdən getmir, burada həmçinin prezidentin konstitusiya səlahiyyətlərini həyata keçirməməsini ört-basdır etmək məqsədi də var. Konstitusiyaya və qanunlara səhv istinadlar, müddətlərin pozulması,süni əsaslandırmalar var”.

Paylaş

 Xəbəriniz olsun