Ermənistanda nazir dronu uçmadığı üçün istefa verir

  • SpaceTV
  • 20 Noyabr 2020 13:19

Yaxın günlərdə Ermənistanın Yüksək Texnologiya Sənayesi naziri Akop Arşakyanın istefası gözlənilir.

Spacetv.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, buna səbəb uğursuz PUA sınağı olub.

Belə ki, nazir Ermənistan istehsalı olan pilotsuz təyyarələrin sınaqlarında şəxsən iştirak etmək qərarına gəlib. Bunun üçün o, heyətlə Gorusa yollanıb. Televiziya kameraları və çox sayda insanın qarşısında nazir dronu havaya qaldırıb, lakin aparat bir neçə metr uçduqdan sonra yerə çırpılıb.

O da vurğulanır ki, nazir uğursuzluqlarda, habelə hərbi sənayenin çökməsində məsul bilinir.

Arşakyanın artıq istefa ərizəsi yazdığı və məsələnin bir neçə günə həll olunacağı vurğulanıb.

Paylaş

 Xəbəriniz olsun