Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

  • SpaceTV
  • 1 Oktyabr 2020 10:58

Ermənistanda daha 491 nəfərdə koronavirus aşkarlanıb.

Spacetv.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 50 850-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 963-ə çatıb. İndiyədək 44 219 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 370 aktiv koronavirus xəstəsi var.

Paylaş

 Xəbəriniz olsun