Ermənistanda hakim partiyanın deputatı mandatından imtina edib

  • Space TV
  • 25 Noyabr 2020 15:03

Ermənistanlı deputat Varazdat Karapetyan mandatından imtina edib.

Spacetv.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Ermənistanın Çində ticarət nümayəndəsi olacaq.

“Bu gün mən deputat mandatından imtina ərizəsini yazmışam. Dekabrın 4-dən Ermənistanın Çində ticarət nümayəndəsi vəzifəsini yerinə yetirməyə başlayacağam”, – V.Karapetyan bildirib.

Qeyd edək ki, Varazdat Karapetyan baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından deputat olub.

Paylaş

 Xəbəriniz olsun