Ermənistanda hərbi maşın aşıb: 6 əsgər yaralanıb

  • SpaceTV
  • 14 Fevral 2020 16:14

Ermənistanda hərbçilərin olduğu nəqliyyat vasitəsi qəzaya düşüb.

SPACE TV erməni mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, fevralın 13-də Muratsan hərbi hospitalından Sisyana əsgər aparan avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.

Nəticədə avtomobildə olan 6 əsgər yaralanıb. Xəstəxanaya çatdırılan əsgərlərin üçünün vəziyyəti ağırdır.

Qəzanın baş verməsinə yolların buz bağlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun