Ermənistanda hərbçi qəza törədib, 3 nəfər yaralanıb

  • Space TV
  • 5 Sentyabr 2020 16:04

Ermənistanın Ararat vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

Spacetv.az xəbər verir ki, bu barədə “Novosti Armeniya”a məlumat yayıb. Qəza sentyabrın 5-də Yerevan-Yerasx avtomobil yolunda olub.

Yolun 28-ci kilometrliyində BMW, “ГАЗ 3308” və “Mercedes”in toqquşması nəticəsində 3 nəfər yaralanıb, BMW aşaraq dəmir arakəsməyə çarpılıb.

Bildirilib ki, “ГАЗ 3308” markalı avtomobil Ermənistan Müdafiə Nazirliyinin balansındadır. İlkin ehtimala görə, qəza onun sürücüsünün yol-hərəkət qaydasını pozması səbəbindən baş verib.

Paylaş

 Xəbəriniz olsun