Ermənistanda hərbçi intihar edib

  • SpaceTV
  • 13 Sentyabr 2019 11:07

Space “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın bir hərbçisi intihar edib. 

Məlumata görə, xəbəri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan da təsdiqləyib.

Adı açıqlanmayan hərbçi Tavuş vilayətinin kəndlərindən birində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət göstərirmiş.

Məlumata görə, hərbçinin meyitini qardaşı aşkarlayıb.

Hüquq-mühafizə orqanları intiharın səbəbini araşdırır. 

Paylaş

 Xəbəriniz olsun