Ermənistanda həkimlər etiraz aksiyası keçirdi

  • SpaceTV
  • 28 Fevral 2020 13:15

Ermənistanda növbəti etiraz aksiyası keçirilib.

SPACE TV  erməni KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə polis hospitalının işçiləri etiraza qalxıblar.

Hökumətin hospitalın ləğv edilməsi ilə bağlı qərarına etiraz edən həkimlər işsiz qalacaqlarından şikayətləniblər.

“Paşinyanı baş nazir seçdik ki, vəziyyət yaxşı olsun, daha pis oldu” – deyə etirazçılar tələbləri yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini bildiriblər.

Paylaş

 Xəbəriniz olsun