Ermənistanda etirazçılar Gürcüstana gedən yolu bağladılar

  • Space TV
  • 16 Dekabr 2020 13:46

Ermənistanda Qarabağda itkin düşən erməni əsgərlərin valideynləri etiraza davam edirlər.

Spacetv.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki,onlar Gürcüstana gedən Gümrü-Bavra magistral yolunu bağlayaraq etiraz aksiyası keçirirlər.

Ermənistan rəhbərliyini laqeydlikdikdə günahlandıran etirazçılar İrəvan istiqamətindəki əsas yolu da bağlamaq niyyətindədirlər.

Etirazçılar Ermənistanın Müdafiə Nazirliyinin binasına da hücum çəkiblər.

Paylaş

 Xəbəriniz olsun