Ermənistanda daha 32 nəfər COVID-19-dan ölüb

  • Space TV
  • 12 Noyabr 2020 11:08

Ermənistanda daha 2 132 nəfərdə koronavirus aşkarlanıb.

Spacetv.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 112 680-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 32 nəfər artaraq 668-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 430-a yüksəlib. İndiyədək 70 130nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 40 452 aktiv koronavirus xəstəsi var.

Paylaş

 Xəbəriniz olsun