Ermənistanda daha 24 nəfər koronavirusdan ölüb

  • Space TV
  • 23 Noyabr 2020 10:57

Ermənistanda daha 485 nəfərdə koronavirus aşkarlanıb.

Spacetv.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 126 709-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 24 nəfər artaraq 976-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 503-ə yüksəlib. İndiyədək 95 099nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 29 131 aktiv koronavirus xəstəsi var.

Paylaş

 Xəbəriniz olsun