Ermənistanda COVID-19-dan ölənlərin sayı 800-ə yaxınlaşır

  • SpaceTV
  • 10 Avqust 2020 11:09

Ermənistanda son sutkada daha 23 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

“Sputnik Armenia”nın verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 40 433 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 796 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 32 616 nəfərdir.

Paylaş

 Xəbəriniz olsun