Ermənistanda bir gündə rekord sayda insan COVID-19-dan ölüb

  • SpaceTV
  • 21 Oktyabr 2020 11:16

Ermənistanda daha 1 836 nəfərdə koronavirus aşkarlanıb.

Spacetv.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 68 530-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 20 nəfər artaraq 1 121-ə çatıb. İndiyədək 49 219 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 17 869 aktiv koronavirus xəstəsi var.

Paylaş

 Xəbəriniz olsun