Ermənistanda bir gündə 28 nəfər koronavirusdan ölüb

  • Space TV
  • 5 Noyabr 2020 10:58

Ermənistanda daha 2 103 nəfərdə koronavirus aşkarlanıb.

Spacetv.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 99 563-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 1 476-ya çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 390-a yüksəlib. İndiyədək 60 135 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 37 562 aktiv koronavirus xəstəsi var.

Paylaş

 Xəbəriniz olsun