Ermənistanda ardıcıl iki zəlzələ oldu

  • SpaceTV
  • 18 Yanvar 2020 17:33

Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, bu gün səhər saatlarında ölkənin şimal ərazilərində iki yeraltı təkan qeydə alınıb.

“Sputnik Ermənistan” məlumat verir ki, zəlzələ yerli vaxtla 05:28-də maqnitudası 4,5 bal olmaqla Spitak, Gümrü şəhərlərində və yaxınlıqda olan kəndlərdə hiss olunub. 

İkinci təkan iki saat sonra maqnitudası 2,4 bal olmaqla Aşotsk şəhərindən 19 kilometr cənub şərqdə qeydə alınıb. 

Dağıntı və itkilər haqda məlumat verilmir. 

Paylaş

 Xəbəriniz olsun