Ermənistan və İsrail karateçiləri Bakıya gəlməyəcək

  • Space TV
  • 11 Mart 2020 15:28

25-29 mart tarixlərində Bakıda baş tutacaq 55-ci Avropa çempionatında iki ölkənin karateçilərinin çıxış etməyəcəyi dəqiqləşib.

SPACE TV -ın xəbərinə görə, bunlar İsrail və Ermənistan karateçiləridir. Bu barədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov saytımıza açıqlamasında bildirib:

“İsrail Karate Federasiyası WKF-ə (Ümumdünya Karate Federasiyası) Bakıya gəlməyəcəklərini rəsmi şəkildə bildirib. Bildiyiniz kimi, Avropa çempionatı Olimpiadaya lisenziya xalları verir. Lakin görünür, İsrail karateçiləri reytinqlə Olimpiadaya düşməyəcəklərindən, bu yarışa gəlməyi məsləhət bilməyib.

Həmçinin, Ermənistan Milli Karate Federasiyasından da indiyədək Bakıya gələcəklərinə dair xəbər yoxdur. Artıq onların bu barədə məlumat verməsi üçün gecdir. Çünki erməni karateçilərin Bakıya səfəri xüsusi razılıq tələb edir. Onsuz da ermənilər karatedə çox zəifdirlər və demək olar ki, heç bir nəticələri yoxdur. Qafqazda ən yaxşı karate Azərbaycandadır”.

Paylaş

 Xəbəriniz olsun