Ermənistan tərəfi yeni itkilərinin sayını açıqladı

  • SpaceTV
  • 1 Oktyabr 2020 10:07

Ermənistan tərəfi canlı itkilərinin yeni sayını açıqlayıb.

Spacetv.az News.am-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunu dayandırmağa cəhd göstərən Ermənistan tərəfi daha 23 hərbçisini itirib.

Siyahıya həmçinin “Su-25” təyyarəsinin pilotunun adı da daxil edilib.

Beləliklə, bu saata qədər düşmən tərəfi 103 hərbçi itirdiyini etiraf etmək məcburiyyətində qalıb.

Paylaş

 Xəbəriniz olsun