Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir – RƏSMİ

  • Space TV
  • 29 Sentyabr 2020 11:40

“Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”.

Spacetv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

“Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb.

Belə ki, Ermənistan tərəfi, həmişə olduğu kimi, əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”.

Paylaş

 Xəbəriniz olsun