Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

  • SpaceTV
  • 4 Oktyabr 2019 11:54

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SPACE TV-ə bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Berd rayonunun Çinari kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Qızılhacılı, Tovuz rayonunun Əsrik Cırdaxan, Ağbulaq, Muncuqlu, Gədəbəy rayonunun Göyəli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

Paylaş

 Xəbəriniz olsun