Ermənistan ordusunun zabiti aclıq aksiyası keçirir

  • Space TV
  • 7 Sentyabr 2020 13:38

Ermənistanda zabit Tsolak Xaçatryan hökumət binasının qarşısında müddətsiz aclıq aksiyası keçirir.

Spacetv.az xəbər verir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb. O, sentyabrın 7-də etiraza başlayıb.

T.Xaçatryan bildirib ki, hökumət onun konstitusion hüquqlarını pozur. O, illik məzuniyyətinin ödənilməyən hissəsinin kompensasiyasının nəzərdə tutulduğundan az olduğunu vurğulayıb.

Zabit deyib ki, Ermənistan Müdafiə Nazirliyi 14 mln dram (29 158,26 ABŞ dolları) əvəzinə 4 mln dram (8 330,93 ABŞ dolları) ödəyib. Keçmiş zabit ödənilməyən fərqin verilməsini tələb edir.

Paylaş

 Xəbəriniz olsun