Ermənistan ordusunun komanda qərargah məntəqəsi darmadağın edilib – VİDEO

  • Space TV
  • 9 Oktyabr 2020 08:59

Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin komanda qərargah məntəqəsinə zərbələr endirilib.

Spacetv.az-ın əldə etdiyi məlumata görə, dəqiq atəş zərbələri kamikadze-dronlar vasitəsilə yerinə yetirilib.

Zərbə endirilərkən qərargahda Ermənistan ordusunun yüksək rütbəli zabitləri olub. Komanda qərargah məntəqəsinin darmadağın edildiyi, düşmənin xeyli itki verdiyi barədə məlumatlar var.

Paylaş

 Xəbəriniz olsun